Çin ABŞ-a çağırış etdi: “Dərhal dayandırın!”
ABŞ-ın Tayvana silah satması Çinin daxili işlərinə kobud şəkildə müdaxilədir.
Bu barədə Çinin Müdafiə Nazirliyinin bəyanatında deyilib.
“ABŞ Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edib, suverenliyini və təhlükəsizlik maraqlarını pozub”, – deyə nazirlikdən bildirilib.
Çin tərəfi ABŞ-ı dərhal Tayvana silah satışı planını ləğv etməyə, hərbi əlaqələri dayandırmağa çağırıb.
Mənbə: RT