Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşir

Publika.az xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş baş tutacaq. Günün yeganə matçında “Qarabağ” “Keşlə”nin qonağı olacaq. “ASK Arena”dakı qarşılaşma saat 18:00-da başlayacaq. Oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Komandalar arasında keçirilmiş ilk matçda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Səfər qolu qaydası ləğv olunduğundan, iki görüşün nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, yarımfinala yüksələn komanda əlavə vaxt və ya penaltilər seriyasında müəyyənləşəcək.
Azərbaycan Kuboku, 1/4 final
Cavab oyunu
11 fevral (cümə)
18:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASK Arena”.
İlk oyun – 0:1.
Qeyd edək ki, digər cavab oyunları növbəti 2 gündə keçiriləcək. Fevralın 12-də “Sabah” “Neftçi”ni, fevralın 13-də isə “Qəbələ” “Sumqayıt”ı, “Səbail” “Zirə”ni qəbul edəcək.
Publika.az