Belarus Prezidenti İran İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə təbrik edib

Belarus Prezidenti İran İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə təbrik edib

Belarus Prezidenti iranlı həmkarına ünvanladığı mesajda İran İslam İnqilabının qələbəsinin ildönümünü təbrik edib və ikitərəfli isti münasibətlərin genişlənməsinə təkid edib.

Belarus Prezidenti Aleksandr Lukaşenko cümə günü İran İslam İnqilabının qələbəsinin 43-cü ildönümü münasibətilə təbrik mesajı göndərib.

Belta xəbər saytının məlumatına görə, Lukaşenko İran Prezidenti Ayətullah Seyid İbrahim Rəisiyə mesajında yazıb:

“Müstəqilliyin təmin olunmasında Tehranın qətiyyətli mövqeyi, xalqın tarixi seçimini qorumaq əzmi və sosial ədalətə sadiqliyi ölkəyə çətinliklərin öhdəsindən gəlməyə kömək edib.”

Belarus Prezidenti həmçinin Minsk ilə Tehran arasında dostluq və etimada əsaslanan möhkəm əlaqələrin hazırkı dövrdə xüsusi əhəmiyyət kəsb etdiyini, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün hələ də yüksək potensialın olduğunu vurğulayıb.

O, sənaye və kənd təsərrüfatına üstünlük verilməklə birgə layihələr həyata keçirmək arzusunda olduğunu bildirib:

 “2021-ci ilin sentyabrında Düşənbədə (Tacikistanın paytaxtı) ŞƏT-in Zirvə Toplantısı çərçivəsində keçirilən görüşdə müzakirə etdiyimiz mühüm beynəlxalq məsələləri xatırlatmaq istərdim.”

O, həmçinin, İranın istiqanlı xalqına rifah, səadət və İran Prezidentinə məhsuldar fəaliyyət arzulayıb.

Belarus Prezidenti ilə yanaşı, müxtəlif ölkələrin, o cümlədən Ermənistan və Azərbaycan Respublikasının dövlət başçıları və Qətər əmiri də İran İslam İnqilabının qələbəsinin ildönümünü təbrik ediblər.

Qətərin rəsmi Qana xəbər agentliyi bu gün (cümə) bildirib ki, əmir Təmim bin Həməd Ali-Sani İran Prezidenti Ayətullah Seyid İbrahim Rəisiyə təbrik mesajı göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − six =