İspaniyanın dörd qırıcısı NATO missiyasında iştirak üçün Bolqarıstana enib

İspaniyanın dörd qırıcısı NATO missiyasında iştirak üçün Bolqarıstana enib

İspaniyanın “Eurofighter” qırıcıları NATO hava məkanını mühafizə missiyasında iştirak etmək üçün Bolqarıstandakı Qraf-İqnatyevo aviabazasına enib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Martın 31-dək qırıcılar və 130 ispan hərbi qulluqçusu Bolqarıstan Hərbi Hava Qüvvələrindəki həmkarları ilə birlikdə hava məkanının gücləndirilmiş mühafizəsi üzrə tapşırıqları yerinə yetirəcək.

Daha əvvəl Müdafiə Nazirliyi xatırladıb ki, NATO-nun hava məkanının mühafizəsi dinc, müvəqqəti, kollektiv və müdafiə missiyasıdır. Bolqarıstan hökuməti birgə əməliyyata yanvarın 24-də icazə verib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =