BMT-nin Baş katibi çağırış etdi

BMT-nin Baş katibi çağırış etdi

Publika.az xəbər verir ki, BMT-dәn verilәn mәlumata görә, Antonio Quterreş Liviyanın şәrqindә yerlәşәn Tobrukdakı Nümayәndәlәr Mәclisinin keçmiş daxili işlәr naziri Fethi Başağanı Baş nazir seçmәsindәn sonra liviyalı tәrәflәrin vә qurumların bu növ әhәmiyyәtli razılıq әldә edәrәk qәrar qәbul etmәsinin vacibliyini vurğulayıb.

Ölkәdә sabitliyin qorunmasının vacibliyini vurğulayan Antonio Quterreş deyib ki, Liviyada xalqın iradәsinә hörmәt göstәrilmәsi üçün seçkilәrin әn qısa müddәtdә keçirilmәsinә әhәmiyyәt verilmәlidir.

BMT rәhbәrliyindәki Liviya Siyasi Dialoq Forumu 2020-ci ilin noyabr ayında keçirilәn toplantılarda prezident vә parlament seçkilәrinin 2021-ci ilin dekabr ayının 24-dә keçirilmәsinә qәrar vermişdi.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − three =