İordan çayının qərb sahilində bir fələstinli şəhid olub və bir neçə sionist hərbçi yaralanıb
İsrail qüvvələri fələstinlilərlə şiddətli toqquşmalardan sonra İordan çayının qərb sahilinin şimalındakı Cənin şəhərində bir məhbusun evini dağıdıb. İsrail qüvvələri bazar ertəsi səhər İordan çayının qərb sahilinin şimalındakı Cənin qəsəbəsində fələstinli məhbus Məhəmməd Cəradatın evinə basqın edib.
Sionist hərbçilər Cəradatın evinin ətrafına toplaşan fələstinlilərlə şiddətli toqquşmalardan sonra fələstinli məhbusun evini dağıdıb. Sionist rejim Cəradatı ötən dekabr ayında Nablus və Rumallah şəhəri arasındakı sionist qəsəbədə bir sionist qəsəbə sakinini qətlə yetirmək əməliyyatında iştirak etməkdə ittiham edib.
Əl-Əhd internet saytının məlumatına görə, “Məhəmməd Əkrəm Əli Tahir Əbu Səlah” adlı 17 yaşlı yeniyetmə Cəradatın evinin ətrafında sionist hərbçilərlə fələstinlilər arasındakı qarşıdurmada sionist hərbçilər tərəfindən başından vurularaq şəhid olub.
Məhbusun evinin ətrafına toplaşan fələstinlilər işğalçıların hərbi maşınlarının qəsəbəyə daxil olmasına mane olmağa çalışıb və sionist hərbçilərə pusqu quraraq onlardan bir neçəsini yaralayıblar.
Fələstin mənbələri toqquşmada 3 sionist hərbiçinin yaralandığını bildirib. Sionist əsgərlər əvvəlcə evi əl ilə dağıtmağa məcbur olmuş, sonra isə onu partlatmışlar. Evin divarının uçması nəticəsində də iki sionist əsgər yaralanıb.
Tulkərim şəhərində fələstinlilər Afni Hiftes qəsəbəsinin girişindəki hərbi qülləyə molotov kokteyli atıblar. Ramullahda da fələstinli gənclər İsrail hərbi postuna molotov kokteyli atıblar. Digər tərəfdən, sionist mənbələr sionist rejim ordusunun Nablus şəhərinin şərqində Həzrət Yusifin (ə) məqbərəsinə çərşənbə axşamı həyata keçirilməsi planlaşdırılan hücumu ləğv etdiyini bildiriblər.