BƏƏ Türkiyə ilə ANLAŞDI – FOTO
Publika.az xəbər verir ki, imzalanma mərasimindən əvvəl Qəsr Əl Vətən sarayında Türkiyə Prezidentinin Əbu-Dabi vəliəhd şahzadəsi, BƏƏ Ali Baş Komandanın müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə təkbətək və geniş tərkibdə görüşü olub. Tərəflər vurğulayıblar ki, iki ölkə arasında əlaqələr yeni dövrə qədəm qoyur və əlaqələrin möhkəmlənməsi Yaxın Şərq regionunda tərəqqiyə də töhfə olacaq. Görüşlərdə vurğulanıb ki, yaxın illərdə BƏƏ ilə Türkiyə arasında ticarət dövriyyəsinin iki dəfə artırılması nəzərdə tutulur.
Türkiyə və BƏƏ liderləri Körfəz regionunda sülhün və təhlükəsizliyin bərqərar olması, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Sonra BƏƏ və Türkiyənin rəsmi şəxsləri iqtisadiyyat, turizm, qabaqcıl texnologiyaların tətbiqi, ekologiya və qarşılıqlı sərmayələrə dair sənədlər imzalayıblar.
Bu gün Rəcəb Tayyib Ərdoğan “Dubay Ekspo 2020” sərgisində Türkiyə Milli Gününün açılışı mərasimində iştirak edəcək, həmçinin buradakı Azərbaycan pavilyonunu da ziyarət edəcək.Publika.az