İslami Cihad Xəbərdarlıq edib: Biz müharibəni işğal olunmuş Fələstinin daxilinə köçürəcəyik

İslami Cihad Xəbərdarlıq edib: Biz müharibəni işğal olunmuş Fələstinin daxilinə köçürəcəyik

Fələstin İslami Cihad hərəkatının siyasi bürosunun üzvü hədələyib ki, sionist rejim Qəzzədə qarşıdurmanı qızışdırmaq istəsə, Fələstin müqaviməti müharibəni işğal olunmuş Fələstinin daxilinə qədər sürükləyəcək.

Fələstin İslami Cihad Hərəkatının Siyasi Bürosunun üzvü Xalid əl-Bataş işğal altındakı Qüds şəhərinin Şeyx Cərrah məhəlləsində Fələstin müqavimətinin sionist təcavüzü qarşısında boş durmayacaqlarını vurğulayıb.

Əl-Bətaş Fələstin Əl-Yəvm xəbər agentliyinə verdiyi müsahibədə deyib: “Fələstin müqaviməti lazım gələrsə, Qəzzə zolağında və Şeyx Cərrah məhəlləsindəki etnik təmizləməyə cavab olaraq yeni bir müharibəyə başlaya bilər.”

O bildirib ki, İordan çayının qərb sahilində və Qüdsdə baş verən hadisələr fonunda sionist rejim tərəfindən Qəzzə zolağındakı təhlükə müharibə və müqavimətin vəhdətindən xəbər verir:

“Biz bir millətin övladlarıyıq. Düşmənin [münaqişəni] Qəzzəyə köçürmək mesajı da bizi qorxutmur.”

İslami Cihad rəsmisi bəyan edib: “Əgər düşmən Qəzzənin bombalanmasına legitimlik qazanmaq üçün müharibəni Qəzzəyə köçürmək istəsə, o, bilir ki, müqavimət müharibəni bu rejimin daxilinə sürükləməyə qadirdir.

“Beləliklə, müqavimət [Naftali] Bennet hökumətini devirəcək və o, Şeyx Cərrahdakı cinayətlərinin əvəzini ödəyəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − eighteen =