Ənsarullah Rəhbəri: Düşmənlər daxildən İslam ümmətinə sızmağa çalışırlar

Ənsarullah Rəhbəri: Düşmənlər daxildən İslam ümmətinə sızmağa çalışırlar

Yəmənin Ənsarullah hərəkatının lideri düşmənlərin İslam ümmətinə daxildən sızmağa çalışdıqlarını və öz məqsədlərinə çatmaq üçün Səudiyyə və Əmirlik rejimlərindən istifadə etdiklərini vurğulayıb.

Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Əl-Husi bazar ertəsi axşam saatlarında Mərib əyalətinin Əl-Cubə və Əl-Əbdiyyə qəbilələrinin nümayəndə heyətini qəbul edib.

Əl-Cubə və Əl-Əbdiyyə problemlərinin həlli üçün ictimai sülh və tanınmış insanlarla əməkdaşlığa təkid edərək nümayəndə heyətinə deyib:

 “Düşmənlərimiz ümmətə daxildən sızmağa çalışırlar. Onlar öz məqsədlərinə çatmaq üçün Səudiyyə və BƏƏ rejimlərindən istifadə edirlər.”

Ənsarullah lideri sözlərinə davam edibi: “Biz maarifləndirmək istəyirik ki, bəzi insanlar ABŞ və İsrailə xidmət edən fitnəkarların təsirinə düşməsin. Bizim vəzifəmiz qardaşlığı gücləndirmək və mövqeləri birləşdirməkdir.”

O qeyd edib ki, təcavüzkar Səudiyyə-Əmirliyi koalisiyasının sıralarına qoşulan hər kəs vətəninə və qəbiləsinə ziyan vurub. İslam ümmətini təhdid edən ən təhlükəli şey onun əsl düşmənləri olan amerikalılar və israillilərlə ittifaqdır.”

Əl-Husi sonda vurğuladı ki, Səudiyyə Ərəbistanı və BƏƏ-nin yanında olan hər kəs ABŞ-ın müttəfiqləri və sionist rejimin tərəfindədir.

Ənsarullah lideri deyib: “Düşmənlərimiz üzərimizdə tam hökmranlıq etmək üçün bizimlə döyüşür və bu səbəbdən problemlərlə üzləşirik, lakin biz səbirli möminlərin və mücahidlərin mövqeyi” kimi parlaq bir mövqedəyik. Bizim mövqeyimiz sözün əsl mənasında azadlığın və ləyaqətin təzahürüdür. “Biz zillətdən uzağıq və düşmənlərin bizə qalib gəlməsini qəbul etmirik. Problemlərin həcmi nə qədər böyük olsa da, mövqeyimizə və əməli öhdəliyimizə heç bir təsir göstərməməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =