ABŞ-dan KRİTİK AÇIQLAMA: İstənilən ssenariyə hazırıq
Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.
ABŞ administrasiyası tərəfindən açıqlanan dövlət başçısının bu günə olan yenilənmiş cədvəlinə əsasən, çıxış Vaşinqton vaxtı ilə saat 15.30-a planlaşdırılır.
“Prezident Rusiya və Ukrayna ilə bağlı qısa açıqlamalar verəcək. O, Bu, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq qaldığını və müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu bir daha təsdiq edəcək. Son aylarda Rusiyaya tərəfdaşlıq təklif olunub”, – Ağ Evdən bildiriblər.
“ABŞ diplomatiyanın və gərginliyin azaldılmasının irəliyə doğru ən yaxşı yol olduğuna inanır, lakin istənilən ssenariyə hazırdır”, – Ağ Ev əlavə edib.
Publika.az