Azərbaycanla İran arasında birbaşa uçuşlar bu tarixdən bərpa ediləcək
Bu ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter” səhifəsində paylaşıb.
“İki ölkə əlaqələrində növbəti xoş addım. Cari ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcəkdir”, – səfir qeyd edib.
BAKU.WS