Parisdə küçələrdə “səs-küy radarı” cərimə yazacaq

Parisdə küçələrdə “səs-küy radarı” cərimə yazacaq

Fransanın paytaxtı Parisdə motosiklet və ddigər nəqliyyat vasitələrinin səs-küyünü təsbit edib, cəzanı müəyyən edə bilən səs radarı sınaq üçün istifadəyə verilib.

Hərəkətdə olan avtomobillərin səs-küy səviyyəsini ölçə və nömrə nişanlarını müəyyən edə bilən ilk səs-küy radarı küçə lampası dirəyinə quraşdırılıb.

“Həddindən artıq səs-küy insanların əsəblərini korlayır. Bu, sağlamlığımız və keyfiyyətli həyat üçündür. İlk səsli radarın məqsədi çox səs-küy yaradan avtomobilləri avtomatik cərimələməkdir”, – deyə şəhər merinin müavini Devid Belliard bildirib.

Avropa Ətraf Mühit Agentliyinin 2021-ci il dekabr tarixli məlumatlarına əsaslanan araşdırmaya görə, Paris Avropanın ən səs-küylü şəhərlərindən biridir.

Mənbə: TRT Haber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − fifteen =