Bayden Trampa qarşı sənədlərin Konqresə göndərilməsini əmr etdi
ABŞ Prezidenti Ağ Evin Milli Arxivinə keçmiş Prezident əleyhinə sənədləri Konqresə təqdim etməyi tapşırıb.
ABŞ Prezidenti Co Bayden çərşənbə günü keçmiş Prezident Donald Trampa qarşı sənədlərin Konqresə göndərilməsi barədə göstəriş verib.
“The İndependent” yazır ki, yanvarın 6-da təhqiqat komitəsi daha əvvəl ABŞ hökumətindən Trampla onun tərəfdarlarının Konqres binasına hücumu arasında mümkün əlaqə barədə Ağ Evə sənədlər göndərməyi xahiş etmişdi.
Bununla bağlı Bayden Ağ Evin “Milli Arxiv”inə Trampın yanvarın 6-da Ağ Evdə keçirdiyi görüşlərin siyahısı ilə bağlı sənədləri Konqresə hücumu araşdıran komitəyə göndərməyi əmr edib.
Amerika mediası bu həftə Trampın prezidentlikdən sonra özü ilə apardığı Ağ Ev sənədlərini Floridadakı iqamətgahına qaytarmaq məcburiyyətində qaldığını yazıb.