Çempionlar Liqası: “İnter” doğma divarlar arasında “Liverpula” məğlub olub
İngiltərənin “Liverpul” futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunu çərçivəsində səfərdə İtaliyanın “İnter” komandasını 2:0 hesabı ilə məğlub edib.
Trend xəbər verir ki, “mersisaydlıların” heyətində Roberto Firmino (75-ci dəqiqə) və Məhəmməd Salah (83) fərqlənib.
Komandalar sonuncu dəfə Çempionlar Liqasının 2007/08 mövsümünün 1/8 finalında üz-üzə gəlib, o zaman ingilis klubu hər iki görüşdə qalib gəlib (2:0 və 1:0).
Gecənin digər oyununda Avstriyanın “Zaltsburq” klubu Almaniya nəhəgi “Bavariya” ilə görüşdə qələbəni son anda əldən verib. Matçın 21-ci dəqiqəsində Adamu Çikvubuykenin qoluna 90-cı dəqiqədə Kinqsli Koman cavab verib.
Cavab görüşləri martın 8-də keçiriləcək.
Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk iki oyununda “Paris Sen-Jermen” Fransada İspaniyanın “Real Madrid” klubunu 1:0, İngiltərənin “Mançester Siti” komandası isə Portuqaliyada “Sportinq”i 5:0 hesabı ilə yenib.
Trend.az