Tel-Əvivin təzyiqləri nəticə verdi: Avstraliya HƏMAS-ı terror təşkilatı elan edib
Avstraliya hökuməti Fələstin İslami Müqavimət Hərəkatını (HƏMAS) “terrorçu” təşkilat elan edib.
Sionist rejimin HƏMAS-ı “terrorçu” adlandırmaq üçün Qərb ölkələrinə anti-Fələstin təzyiqləri davam edərkən, Avstraliya cümə axşamı (bu gün) rəsmi olaraq HƏMAS-ı terrorçu elan edib.
Avstraliya cümə axşamı (bu gün) bütün HƏMAS hərəkatını terror təşkilatı kimi tanıdığını elan edib.
Avstraliya daha əvvəl HƏMAS-ın hərbi qanadını terror təşkilatı adlandırmışdı. Avstraliyanın Daxili İşlər naziri Karen Endryu bu addımın niyə edildiyini açıqlayıb:
“Həmas və bu gün (terrorçu) siyahıda olan zorakı ekstremist qrupların fikirləri narahatlıq yaradır və Avstraliyada onların mənfur ideologiyalarına yer yoxdur.”
Avstraliya hökumətinin qərarına əsasən, bu ölkədə HƏMAS-a maliyyə və ya digər yardımlar göstərildiyi halda, buna təşəbbüs edən şəxslərə 25 il həbs cəzası verilə bilər. “Qanunlarımızın təkcə terror aktlarını və terrorçuları deyil, həm də onları planlaşdıran, maliyyələşdirən və həyata keçirən təşkilatları hədəf alması həyati əhəmiyyət kəsb edir.” – deyə, Avstraliyanın Daxili İşlər naziri bildirib.
Avstraliyanın bütün HƏMAS hərəkatını terror aktı elan etmək qərarı ABŞ, İngiltərə, Almaniya və sionist rejimin digər qərbli müttəfiqlərinin artıq Fələstin əleyhinə bu addımı atdığı bir vaxta təsadüf edir.
Sionistlərin HƏMAS-ı “terrorçu” adlandırması üçün Avstraliyaya təzyiqləri Baş nazir Naftali Bennetin BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP26) çərçivəsində noyabrın əvvəlində Şotlandiyanın Qlazqo şəhərinə səfərində Avstraliyanın Baş naziri Skott Morrison ilə görüşməsi zamanı baş verir.
Bennett görüşdən sonra Twitter-də yazıb: “Mən onu İsrailə rəsmi səfərə dəvət etdim. Biz iqlimin yaxşılaşdırılması, İranın hədələyici nüvə proqramı və iki ölkə arasında münasibətlərin gücləndirilməsi barədə danışdıq. Bundan əlavə, mən ondan Hizbullahı Avstraliyada rəsmi olaraq terror təşkilatı kimi tanımasını xahiş etdim.”