Britaniyadan ŞOK XƏRİTƏ: “Putinin mümkün işğal oxu” və “işğal istiqamətləri”… – FOTO

Britaniyadan ŞOK XƏRİTƏ: “Putinin mümkün işğal oxu” və “işğal istiqamətləri”… – FOTO

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, nazirliyin rəsmi “Twitter” səhifəsində yerləşdirilmiş “Prezident Putinin mümkün işğal oxu” adlı diaqramda oxlar qurudan hücumun iki mərhələsini təsvir edir.

Birinci istiqamətdə olan oxlar Rusiyanın qərb bölgələrindən Kiyev və Dnepr, Krımdan Azov sahilləri boyunca və Belarus ərazisindən Kiyevə müdaxiləsini göstərir. İkinci oxlar isə Dneprdən Vinnitsaya, eləcə də Krımdan Odessaya doğru hərəkəti nəzərdə tutur. Eyni zamanda Böyük Britaniyanın Müdafiə Nazirliyi diaqramların “yalnız illüstrativ məqsədlər üçün hazırlandığını” yazıb.

Təlimlərdən sonra rus qoşunlarının yerləşdirilmə yerlərinə qayıtmasına baxmayaraq, Britaniya MN qeyd edib ki, “Rusiya xəbərdarlıq etmədən işğalı həyata keçirə biləcək mühüm hərbi mövcudluğunu saxlayır”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − eight =