SON DƏQİQƏ: Ukraynada bombardman səsləri eşidilir – Müharibə başladı?

SON DƏQİQƏ: Ukraynada bombardman səsləri eşidilir – Müharibə başladı?



Publika.az
 xəbər verir ki, Donetskdəki separatçılarla ukraynalı hərbçilər arasında toqquşma baş verib.

“Röyters”in məlumatına görə, Ukraynanın şərqindəki Elenova kəndi ilə Donetsk hava limanı yaxınlarında bombardman səsi eşidilib.

Separatçılar Ukrayna ordusunun atəş açdığını iddia edir.

Ukrayna isə bunu təkzib edib və bildirilib ki, separatçılar kəndlərə hücuma keçib.  

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın son günlər Donbasla təmas xəttində gərginliyi artıran addımlar atdığını deyib.

Ukrayna Birləşdirilmiş Qüvvələrin Əməliyyat Mərkəzinin məlumatına görə, separatçıların Luqansk vilayətinin Stanitsia Luqanska kəndini atəşə tutması nəticəsində iki mülki şəxs yaralanıb.

Bununla yanaşı, separatçılar Luqansk vilayətindəki Novaya Kondraşevskaya dəmir yol stansiyasını artilleriya atəşinə tutublar. Stansiya ilə yanaşı, lokomotiv deposu və uşaq bağçası da atəşə tutulub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 3 =