Bəşəriyyət üçün əsas təhlükələr – BMT AÇIQLADI
Publika.az“RİA Novosti”yə istinadla xəbər veir ki, müvafiq hesabat qurumun saytında dərc olunub .
BMT-də bəşəriyyət üçün əsas təhlükələrdən biri irimiqyaslı meşə yanğınları və səs-küy çirklənməsi hesab olunur. Mütəxəssislər bu hadisələri təbiətə və insan sağlamlığına əhəmiyyətli dərəcədə mənfi təsir göstərən hadisələrlə əlaqələndiriblər.
Mütəxəssislər qeyd ediblər ki, meşə yanğınları nəticəsində ağaclar parnik qazı emissiyalarının uducularından öz mənbəyinə çevrilə bilər. Yanğınların özü isə suyun çirklənməsinə və buzlaqların əriməsinə səbəb olur.
Səs-küy çirklənməsi, öz növbəsində xroniki əsəbiliyə səbəb olur və yuxunun keyfiyyətinə təsir göstərir. Nticədə ürək xəstəliklərinə, psixi pozğunluqlara və eşitmə itkisinə səbəb olur.
Mütəxəssislər həmçinin ekosistemlərin desinxronizasiyasını təhdidedici hadisə kimi tanıyıblar.
Publika.az