Britaniya Daxili İşlər Nazirliyi zəngin miqrantlar üçün “qızıl viza” proqramını ləğv edib

Britaniya Daxili İşlər Nazirliyi zəngin miqrantlar üçün “qızıl viza” proqramını ləğv edib

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel vətəndaşlığından asılı olmayaraq yeni müraciət edənlər üçün ölkəyə sərmayə qoyulmasına görə vizanın verilməsi proqramını ləğv edib.

Trend-in məlumatına görə, bu barədə Britaniya hökumətinin saytında bildirilib.

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel bildirib ki, tədbir “qanunsuz maliyyələşdirmə və fırıldaqçılıqla mübarizənin bərpasının” başlanğıcıdır.

“Qızıl viza” proqramı 2008-ci ildə varlı miqrantları Böyük Britaniya iqtisadiyyatına sərmayə qoymağa təşviq etmək üçün tətbiq edilib. İnvestor vizası almaq üçün ölkə iqtisadiyyatına ən azı 2 milyon funt sterlinq investisiya qoymaq lazım idi.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 13 =