Yəmən millətinin mühasirəsinin acı nəticələri: Qadın və uşaqlar üçün ən önəmli xəstəxana dəhşətli fəlakət ərəfəsində-Foto/Video

Yəmən millətinin mühasirəsinin acı nəticələri: Qadın və uşaqlar üçün ən önəmli xəstəxana dəhşətli fəlakət ərəfəsində-Foto/Video

Yəməndə səhiyyənin vəziyyəti təcavüzkar Səudiyyə-Amerika-BƏƏ koalisiyasının bu ölkəyə təcavüzü və şiddətli mühasirəsinin davam etməsi səbəbindən pisləşir. Tibb mərkəzləri, xüsusən də Əl-Səbin İxtisaslaşdırılmış Xəstəxanası üçün bu vəziyyət ölümcül şərait yaradır.

Paytaxt Sənada yerləşən Əl-Səbin xəstəxanası ölkənin qadın və uşaqlara tibbi xidmət göstərmək üzrə ixtisaslaşmış olan ən mühüm xəstəxanalarından biridir.

Mütəxəssis xəstəxana indi dağılmaq ərəfəsindədir və tezliklə gündəlik qəbul etdiyi və Yəmənin müxtəlif əyalətlərindən buraya gələn yüzlərlə xəstəyə xidmət göstərə bilməyəcək. Xəstəxana rəhbərliyi xidmətlərin tezliklə dayandırılacağıı haqda məlumat verib. O, xəbərdarlıq edib ki, bunun əvəzini uşaqlar və qadınlar öz canları ilə ödəyəcəklər.

Əs-Səbin xəstəxanasının direktoru Macidə Yəhya Əl-Xatib deyib:

Əs-Səbin Ana və Uşaq Xəstəxanası Yəmənin bütün əyalətlərindən xəstələri qəbul edən və Yəmən daxilində ana və uşaqlar üçün nəzərdə tutulan əsas xəstəxanadır. Hər gün ölkənin müxtəlif bölgələrindən iki yüzdən çox qadın təcili yardım şöbəsinə müraciət edir.

O əlavə edib: “Bizə Əl-Cəvf, Mərib, Tale, Əl-Beyza və Həcəhdən xəstələr gəlir. Bütün bu qadınlar Səbin xəstəxanasına tibbi xidmət almaq ümidi ilə gəlirlər. Doğum vəziyyəti ilə xəstəxanaya müraciət edən qadınların yaranan çətinliklərdən qurtulmaq ümidi var.”

Əl-Xətib xəbərdarlıq edib: “Xəstəxana bağlanarsa, bu xəstələrin həyatı təhlükə altında olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + sixteen =