Benzindaşıyan maşın partladı – 17 nəfər öldü

Benzindaşıyan maşın partladı – 17 nəfər öldü

Publika.az xəbər verir ki, bu barədə yerli Premium Times qəzeti federal yol hərəkətinin təhlükəsizliyi xidmətinə istinadla məlumat yayıb. Məlumata görə, toqquşma və ardınca baş verən güclü partlayış nəticəsində azı 17 nəfər həlak olub.

“Ölənlərin ümumi sayı müəyyənləşməyib, lakin cəmi 17 cəsəd tapılıb”, – deyə xidmətin nümayəndəsi bildirib. O əlavə edib ki, cəsədlər yanaraq tanınmaz hala düşdüyü üçün onların şəxsiyyətini müəyyənləşdirmək çətinləşib.

İlkin məlumata əsasən, insidentə ehtiyatsızlıq və yol hərəkəti qaydalarının pozulması səbəb olub. Bu da baş-başa toqquşmaya və partlayışa gətirib çıxarıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =