“Yunis” qasırğası Avropanı cənginə aldı: ÇOX SAYDA ÖLƏNLƏR VAR

“Yunis” qasırğası Avropanı cənginə aldı: ÇOX SAYDA ÖLƏNLƏR VAR

Qərbi Avropada “Yunis” qasırğası nəticəsində ölənlərin sayı on nəfərə çatıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyada ağacların aşması və digər qəzalar 4 nəfərin ölümünə səbəb olub.

Haaqada zəng qülləsinin uçması təhlükəsi ilə əlaqədar onlarla ev təxliyə edilib.

Almaniyada avtomobilinin üzərinə ağac aşması nəticəsində sürücü ölüb. 

İrlandiyanın cənub-şərqində isə 60 yaşlı kişi dünyasını dəyişib. 

Qasırğa Böyük Britaniyada 3 nəfərin, Belçikada 1 nəfərin ölümünə səbəb olub.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 13 =