Niderlandda fırtına səbəbindən məktəblərin və nəqliyyatın fəaliyyəti dayandırılıb

Niderlandda fırtına səbəbindən məktəblərin və nəqliyyatın fəaliyyəti dayandırılıb

Niderlandda “Yunis” fırtınası həyatı iflic edib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, ölkədə “qırmızı” həyəcan səviyyəsi elan edilib.

Ölkənin əksər bölgələrində məktəblər bağlanıb. Qbuzz, Arriva və Konnekksion bölgələrində avtobus və qatarların hərəkəti dayandırılıb. Rotterdam şəhərindəki Haaqa hava limanında bütün reyslər ləğv edilib.

Ölkədəki peyvənd və test mərkəzləri də işləmir.

Fırtına səbəbindən ölkədəki bütün iş yerlərində, məhkəmələrdə və dövlət qurumlarında işçilərin təhlükəsiz şəkildə evlərinə çatması üçün iş saatları gecikdirilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =