Ərəb koalisiyası: Qırmızı dənizdə husilərə məxsus minalanmış qayıq məhv edilib

Ərəb koalisiyası: Qırmızı dənizdə husilərə məxsus minalanmış qayıq məhv edilib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının qüvvələri husilərin gəmisini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi koalisiya qüvvələrinin komandanlığına istinadən məlumat yayıb.

Minalı qayıq Hodeyda limanından çıxıb və Qırmızı dənizin cənub hissəsində zərərsizləşdirilib.

Husi tərəfi hələlik hadisə ilə bağlı açıqlama verməyib.

2014-cü ildən Yəməndə silahlı qarşıdurma davam edir. Husilər ölkənin paytaxtı Səna şəhəri və bir sıra digər ərazilərə nəzarət edirlər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası qüvvələri 2015-ci ilin martından husilərə qarşı mübarizədə Yəmən hökumətinə dəstək verir.

BMT-nin hesabatlarına görə, müharibə 377 min insanın həyatına son qoyub.

Dünyanın ən kasıb ölkələrindən biri olan Yəməndə humanitar böhran qorxulu həddə çatıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 19 =