Yəməndə 8 illik Səudiyyə-BƏƏ təcavüzü ilə bağlı son statistik məlumatlar: 6000-dən çox qadın və uşaq öldürülüb

Yəməndə 8 illik Səudiyyə-BƏƏ təcavüzü ilə bağlı son statistik məlumatlar: 6000-dən çox qadın və uşaq öldürülüb

Yəməndəki “İntisaf” Qadın və Uşaq Hüquqları Təşkilatı bu günə qədər Səudiyyə-BƏƏ koalisiyasının Yəmənə təcavüzündə 13 min 313 yəmənli uşaq və qadının həlak olması və yaralanması barədə məlumat verib.

“İntisaf” təşkilatı Səudiyyə-BƏƏ-Amerika təcavüz koalisiyasının 8 illik təcavüzündən sonra həyatını itirən yəmənli qadın və uşaqlar arasında itkilərin sayı ilə bağlı son statistik məlumatı açıqlayıb.

Təşkilatının məlumatına görə, Yəmən xalqına qarşı müharibə səkkizinci ilinə qədəm qoyduqca, yəmənli uşaq və analara qarşı daha çox cinayətlər törədilir.

“İntisaf” Təşkilatı həmçinin, ötən ilin fevral ayında Səudiyyə-Əmirlik koalisiyasının təcavüzü ilə bağlı statistik məlumat yayıb və vurğulayıb ki, Səudiyyə koalisiyasının Yəmənə təcavüzünün başlanğıcından 2021-ci ilin yanvar ayının sonuna qədər 6190 yəmənli qadın və uşaq həyatını itirib, 6898 nəfər isə yaralanıb.

Təşkilatın məlumatına görə, orta hesabla Yəməndə doğulan hər 1000 uşaqdan 27-si ölü doğulur.

Belə ki, beynəlxalq aləmdə qadağan olunmuş silahların tətbiqi nəticəsində anadangəlmə anomaliyaların nisbəti illər ərzində səkkiz faiz artıb və bu müddət ərzində orta qida çatışmazlığı 200 faiz yüksəlib.

Yəmənin mühasirəsi səbəbindən beş yaşından kiçik uşaqlar arasında qida çatışmazlığı 47 faizə yüksəlib və beş yaşından kiçik 5,5 milyon uşaqdan 2,6 milyonu bundan əziyyət çəkir.

Təkcə 2019-cu ildə 1 milyon 122 min 781 yeni doğulmuş körpədən 30 minə yaxını ölü doğulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =