Sürücülərin NƏZƏRİNƏ: 800 manat cərimə oluna bilərsiniz – VİDEO
Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli AZTV-yə məlumat verib.
O bildirib ki, dövlət qeydiyyat nişanlarının görüntü dairəsini çətinləşdirən şəxslər üçün 500-800 AZN cərimə nəzərdə tutulur. Buna səbəb sürücülərin cərimələnməmək üçün maraqlı üsula əl atmalarıdır.
Bu mənzərəyə şəhərin müxtəlif küçə və prospektlərində rast gəlinir. Taksi sürücüləri bunu parklanma yerinin olmaması ilə əlaqləndirirlər.
Publika.az