Daha bir ölkə Kiyevdəki səfirliyini köçürdü
Niderlandın Ukraynadakı səfirliyi müvəqqəti olaraq Kiyevdən Lvova köçüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyi qərar qəbul edib.
Qeyd edək ki, bundan öncə bir sıra Qərb ölkələri, o cümlədən Böyük Britaniya və ABŞ da səfirliyi Lvova köçürüb.
Qafqazinfo.az