Zelenskinin hədəsinə cavab: Aktyorluq edir

Zelenskinin hədəsinə cavab: Aktyorluq edir

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Krımın Dostları” beynəlxalq assosiasiyasının sədr müavini Kostas İsixos deyib.

O bildirib ki, Zelenski köhnə televiziya obrazına (aktyorluğu nəzərdə tutulur – red.) qayıdıb:

“Zelenski fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında Ukraynanın təhlükəsizlik zəmanəti almadığı təqdirdə 1994-cü il Budapeşt Memorandumunun Kiyev tərəfindən etibarsız elan ediləcəyi ilə hədələyib. 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanan Budapeşt Memorandumu çərçivəsində Ukrayna nüvə arsenalını ləğv etdi, Rusiya, ABŞ və Böyük Britaniya isə Kiyevin təhlükəsizliyinə zəmanət verdi. Düşünürəm ki, Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenski özünə və sülh perspektivləri üzərində nəzarəti itirib. Diplomatiyanın tanınmalı olduğu bir vaxtda o, sazişi yenidən nəzərdən keçirib, Ukraynanın nüvə dövlətinə çevrilə biləcəyini deyir”, – o bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =