Pilotsuz təyyarələrlə mübarizə üçün İsrail-Səudiyyə-BƏƏ koalisiyası yaradılıb

Pilotsuz təyyarələrlə mübarizə üçün İsrail-Səudiyyə-BƏƏ koalisiyası yaradılıb

Sionist rejimin bəzi KİV-ləri kamikadze pilotsuz təyyarələrlə mübarizə aparmaq üçün rejimin Səudiyyə Ərəbistanı və BƏƏ-dən ibarət koalisiya yaratması barədə məlumat yayıb.

Sionist rejim televiziyasının 12-ci kanalı intiharçı PUA təhlükəsi ilə mübarizə ilə əlaqədar “Müdafiə Koalisiyası” adlı koalisiyanın yaradıldığını bildirib.

Məlumata görə, koalisiya sionist rejim və bəzi region ölkələrindən, o cümlədən, Səudiyyə Ərəbistanı və BƏƏ-dən ibarətdir. Bu ittifaq son bir neçə gün ərzində sionist rejimin qüdrətindən istifadə edərək PUA-ları müəyyən etmək və onların qarşısını almaq üçün bir neçə ölkə ilə yaradılıb.

Əl-Qudsul-Ərəbi qəzetinin məlumatına görə, bu xəbər bazar günü Əbu-Dabidə PUA-lar üzrə ixtisaslaşdırılmış konfrans keçirilərkən dərc edilib. BƏƏ müttəfiq ölkələrin ordularını PUA-ların təhlükələrindən qorunmağa çağırıb.

 BƏƏ nazirinin süni intellekt üzrə müşaviri Ömər Sultan Əl-Uləma deyib: “Bu gün biz bu texnologiya və alətlər vasitəsilə millətimizi qorumağın vacibliyini hər zamankından daha çox dərk edirik, lakin Bu alətlərin bizə qarşı istifadə olunması qəbul edilməzdir.”

Konfrans son vaxtlar Yəmənin BƏƏ və Səudiyyə Ərəbistanına qarşı cəza hücumlarının artdığı bir vaxta təsadüf edir. Bu hücumlar Səudiyyə-BƏƏ-Amerika koalisiyasının səkkiz illik təcavüzünə normal və təbii cavabdır. Onların cinayətləri nəticəsində indiyədək 13 min 313 yəmənli uşaq və qadın öldürülüb və yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − six =