Dəməşq: Qərbin Rusiyaya qarşı dəliliyi gərginliyi artırır

Dəməşq: Qərbin Rusiyaya qarşı dəliliyi gərginliyi artırır

Moskvada olan Suriyanın Xarici İşlər naziri Rusiyaya qarşı “Qərb dəliliyini” beynəlxalq səhnədə gərginliyin artması kimi qiymətləndirib və bunu qınayıb.

Moskvaya səfər edən Suriyanın Xarici İşlər naziri Feysəl Əl-Miqdad bu gün (bazar günü) Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Stutski ilə görüşüb.

Suriyanın rəsmi xəbər agentliyinin (SANA) məlumatına görə, o, bu gün Stutski ilə görüşündə Suriya, region və beynəlxalq aləmdə baş verən son hadisələri müzakirə edib.

Suriya XİN rəhbəri görüşdə müştərək məqsədlərə nail olmaq, regionda və dünyada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsində Rusiya ilə əlaqələrin əhəmiyyətini və strategiyasını vurğulayıb.

O, həmçinin iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində parlament diplomatiyasının rolunun vacibliyinə də işarə edib.

Əl-Miqdad daha sonra Qərbin dünyanın idarə olunmasına nəzarət və ambisiyasını qorumağa çalışaraq, Rusiyaya qarşı beynəlxalq arenada gərginliyi alovlandıran divanəliyini pisləyib.

Rusiya dəfələrlə Ukraynaya xəbərdarlıq edib ki, Ukrayna qoşunları Minsk razılaşmasını pozaraq Ukraynanın şərqindəki rusdilli Donbas muxtar ərazilərini hədəfə alır.

Amma bu xəbərdarlıqlara baxmayaraq, Qərb Rusiyanı Ukrayna sərhədlərinə qoşun yeritməkdə və bu ölkəyə hücuma hazırlaşmaqda ittiham edib və Şərqi Avropaya çoxlu sayda əsgər və hərbi texnika göndərib.

Stutski bu gün Əl-Miqdad ilə görüşdə Rusiyanın Suriyaya müxtəlif sahələrdə, xüsusilə sabitliyin möhkəmləndirilməsi, terrorizmlə mübarizə, Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması sahəsində dəstəyini təkrarlayıb və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 2 =