Rusiya qoşunları Donbasın ardınca Kiyevə də girməyə hazırlaşır?

Rusiya qoşunları Donbasın ardınca Kiyevə də girməyə hazırlaşır?

Hələlik Ukrayna rəhbərliyi Donbasa açıq müdaxilə edən Rusiya qoşunlarına müqavimət barədə qərar verməyib, amma hadisələrin sonrakı inkişafını proqnozlaşdırmaq çətindir.

Belə ki, Donbasa qoşunların yeridilməsinin ardınca Belarusda cəmləşdirilmiş Rusiya qoşunları da Ukrayna sərhədlərinin bir kilometrliyinə yeridilib. Bu da belə narahatlıqlara səbəb olub ki, Rusiya Donbasla kifayətlənməyib. Ukrayna paytaxtı Kiyevi də tutmaq planları qurur.

Belarusun Ukrayna ilə sərhədyanı Komarin şəhərinin sakinləri ötən gecə Rusiya hərbi kalonlarının hərəkətini qeydə alıbar. Qoşunlar sərhədin 1 kilometrliyində mövqe tutub.

virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − eight =