Zəvvarlar İmam Museyi-Kazimin (ə) şəhadət mərasiminində iştirak edir
Hər il İmam Museyi-Kazimin (ə) şəhadətindən bir və ya iki gün əvvəl imamın zəvvarlarının mərasimdə iştirakı pik hədd çatır. Bu il zəvvarlar imamın ziyarətinə iki gün tez gəliblər.
İmam Museyi-Kazimin (ə) hərəmi o həzrətin şəhadətinin ildönümündə zəvvarların iştirakının bu il daha tez olduğunu və mərasimin iki gün öncə başladığını bildirib.
Əl-Furat Xəbər kanalıına müsahibəsində Kazimeyn hərəm rəhbərinin müavini Səd Əl-Hucciyyə deyib: “Ziyavarlar hər il İmam Museyi-Kazimin (ə) şəhadətinin ildönümündə iştirak etmək üçün Kazimeynə gəlirlər. Hər il şəhadət gününə bir və ya iki gün qalmış zəvvarların iştirakı pik həddə çatır, lakin bu il zəvvarların iştirakı tez başlayıb.”
Kazimeyn hərəm rəhbərinin müavini İmam Kazimin (ə) bayrağını daşıyan çoxlu sayda zəvvarın Kazimeynə gəlişinin göründüyünü bildirib.
İmam Museyi-Kazimin (ə) şəhadət mərasiminin milyonunlarla insanın iştirakı ilə gələn həftə Kazimeyn şəhərində və eyni vaxtda İmam Cavadın (ə) hərəmində də keçirilməsi planlaşdırılır.
Digər tərəfdən, İraq Milli Təhlükəsizlik Şurası İmam Museyi-Kazimin (ə) zəvarlarının təhlükəsizliyini təmin etmək üçün Bağdad Əməliyyatları Komandanlığına dəstəyini vurğulayıb.
İraqın Səhiyyə Nazirliyi də İmam şəhadətinin ildönümünü qeyd etmək üçün sağlamlıq və tibbi cəhətdən tam hazır olduğunu açıqlayıb.