ABŞ Şimali Koreyanın yeni raket buraxılışını pisləyib
ABŞ Şimali Koreyanın yeni raket buraxılışını pisləyir, bununla bağlı müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələr aparır.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Hind-Sakit Okean Komandanlığının bəyanatında deyilir.
“Birləşmiş Ştatlar bu buraxılışı pisləyir və KXDR-i sabitliyi pozan addımlardan çəkinməyə çağırır”, – bəyanatda deyilir.
Pentaqon ABŞ-ın Cənubi Koreya, Yaponiya, eləcə də digər regional müttəfiqləri və tərəfdaşları ilə yaxından məsləhətləşdiyini vurğulayıb.
Cənubi Koreya ordusunun məlumatına görə, ballistik raket yerli vaxtla saat 7:52-də (Bakı vaxtı ilə saat 2:52-də) Pxenyanın Sunan bölgəsindən buraxılıb. Raket 620 km maksimum yüksəklikdə, 300 km məsafədə uçub və Yapon dənizinə düşüb. Bu, KXDR-in ilin əvvəlindən səkkizinci raket buraxılışıdır.ABŞ Şimali Koreyanın yeni raket buraxılışını pisləyib
Report.az