Bir neçə sionist casus Qəzzədə ələ keçirilib

Bir neçə sionist casus Qəzzədə ələ keçirilib

HƏMAS hərəkatındakı bəzi mənbələr Qəzzə zolağında müqavimətin təhlükəsizlik xidmətlərinin dövlət təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq edərək bir sıra İsrail casusunu həbs etməyə müvəffəq olduğunu açıqlayıb.

HƏMAS hərəkatındakı bəzi mənbələr bildiriblər ki, müqavimət təhlükəsizlik xidməti dövlət təhlükəsizlik qüvvələrinin əməkdaşlığı ilə iki ay əvvəl sionist rejimə ölümcül zərbə vurmağa nail olub və onun bir neçə casusunu həbs edib.

Bu mənbələrə görə, müqavimət işğalçı rejimin kəşfiyyat qüvvələri və onun zabitlərinə daha böyük zərbələr vurmağa davam edəcək.

Əl-Qüds qəzetinin məlumatına görə, İsrail kəşfiyyatçıları vətəndaşları tələyə salmaq və onları casusluğa cəlb etmək üçün müxtəlif vasitələrdən istifadə edir, lakin təhlükəsizlik xidmətləri oyaqdır.

Müqavimət qüvələri vətəndaşlar arasında maarifləndirmə işi apararaq, onları saxta adlarla xeyriyyə təşkilatlarına, şəxsiyyətlərə və s. cəlb etmək istəyən insanlar barədə xəbərdarlıq etməklə, bu cəhdlərin qarşısını alırlar.

Məlumata görə, işğalçı rejim yeni muzdlular cəlb etməkdə ciddi problemlə üzləşib və bu səbəbdən Beyt Hanun (Hava) keçidi ilə səyahət edən xəstələr, vətəndaşlar, digər şəxlərə üz tutmasına baxmayaraq, bu işdə də uğursuz olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 9 =