Bu enerji nəhəngi “Qazprom”la əməkdaşlığa son qoydu

Bu enerji nəhəngi “Qazprom”la əməkdaşlığa son qoydu

Böyük Britaniyanın, eləcə də dünyanın nəhəng enerji şirkəti “Shell” Rusiyanın Ukraynaya olan hücumuna görə “Qazprom” şirkəti ilə əməkdaşlığına son qoyur.

BAKU.WS CNBC-yə istinadən xəbər verir ki, bununla bağlı şirkətin baş direktoru Ben van Burden açıqlama verib.

“Ukraynada Avropanın təhlükəsizliyini təhdid edən mənasız hərbi təcavüz nəticəsində baş verən insan itkilərindən şokdayıq”, – deyə baş direktor vurğulayıb.

“Shell” Rusiyanın Saxalin adasında yerləşən neft-qaz layihəsi – “Saxalin II”də 27,5%, “Salym Petroleum Development N.V”də isə 50% payını satdığı bildirilir.

Şirkətin 2021-ci ilin sonuna olan hesabatına görə, “Qazprom”dakı “dövrü olmayan aktivləri” 3 mlrd. dollar təşkil edib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =