UEFA Ukraynaya görə 40 milyon avrodan imtina etdi: “Qazprom”la müqaviləni POZDU

UEFA Ukraynaya görə 40 milyon avrodan imtina etdi: “Qazprom”la müqaviləni POZDU

UEFA Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.

BAKU.WS “Oxu.az”a istinadən xəbər verir ki, qərar dərhal qüvvəyə minib və bütün mövcud müqavilələrə şamil edilib.

Bura Çempionlar Liqası, milli komandaların yarışları və 2024-cü il Avropa çempionatı daxildir.

Müqaviləyə əsasən, şirkət hər il UEFA-ya 40 milyon avro ödəyirdi.

Qeyd edək ki, daha əvvəl Almaniyanın “Şalke” klubu da “Qazprom”la müqaviləni pozub.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =