Ukrayna ordusunun Baş Qərargahı: “Rusiyanın 6 minə yaxın hərbçisi ölüb, 200 nəfər əsir götürülüb”

Ukrayna ordusunun Baş Qərargahı: “Rusiyanın 6 minə yaxın hərbçisi ölüb, 200 nəfər əsir götürülüb”

Müharibənin beş günü ərzində Ukraynada Rusiyanın 5710 hərbçisi ölüb, 200 hərbçisi əsir götürülüb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, döyüşlər zamanı ümumilikdə Rusiyanın 29 döyüş təyyarəsi, 29 helikopteri, 198 tankı, 846 zirehli döyüş maşını, 77 artilleriya sistemi, yeddi HHM sistemi, 24 reaktiv yaylım atəş sistemi, 60 sistern, üç kəşfiyyat dronu, 2 kater, 305 avtomobil texnikası məhv edilib.

Mənbə: Unian.net

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + three =