Pentaqondan ŞOK STATİSTİKA: Rusiya müharibə başlayandan bəri…

Pentaqondan ŞOK STATİSTİKA: Rusiya müharibə başlayandan bəri…

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi CNN-ə məlumat verib.

O sözlərinə görə, ukraynalıların hələ də kifayət qədər raketdən müdafiə sistemləri var ki, onlar tam və işlək vəziyyətdə qalır.

Həmsöhbət onu da bildirib ki, Rusiya bəzi ərazilərə “digərlərindən daha çox” nəzarət edir, baxmayaraq ki, havada üstünlük Ukraynaya məxsusdur.

Rus işğalçılarına qarşı müqavimət altıncı gündür ki, davam edir. Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri artıq 6 minə yaxın rus əsgərini və yüzlərlə ağır texnikanı məhv edib. Eyni zamanda, Rusiyada bu məlumatlar hələ də təsdiqlənməyib.

Fevralın 28-də Ukrayna və Rusiya tərəfləri arasında Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar aparılıb. Növbəti danışıqlar, bəzi məlumatlara görə, martın 2-nə təyin edilib.

Putin Ukraynadan bloklara qoşulmamağı, denazifikasiyanı və demilitarizasiyanı, habelə Kiyevin Rusiyanın 2014-cü ildə Krımı işğal etməsinin qanuniliyini tanımasını tələb edir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 11 =