Putin Ukraynada “B planı”nı İŞƏ SALIR: “TOS-1” raketləri…

Putin Ukraynada “B planı”nı İŞƏ SALIR: “TOS-1” raketləri…

Publika.az xəbər verir ki, Rusiyanın müqavimətlə qarşılaşdıqdan sonra sürətlə irəliləyə bilməyəcəyini bildirən qəzet, Ukrayna ilə müharibənin çox daha şiddətli olacağını yazıb. 

Nəşr Rusiya ordusunun son vaxtlar mülki əhalini və hökumət binalarını hədəfə aldığına diqqət çəkərək, “Putin ən qorxulu silahını ortaya qoydu: “TOS-1 Buratino” reaktiv yaylım atəşi”, – deyə qeyd edib.

Həmçinin qeyd olunub ki, 3,5 kilometr mənzilli silah termobarik döyüş başlığına malikdir. Qəzet ABŞ-da yerləşən CNN media təşkilatının müxbirinin Ukrayna sərhədinə yaxın olan Belqorodun cənubundan paylaşdığı videonu da dərc edib. Nəşr yazıb ki, TOS-1 nəqliyyat vasitəsi ilə döyüşə göndərilib.

“Bu döyüş başlıqları partlayanda təzyiq yaradır və daxili orqanlara zərər verir. İnsanların ağciyərlərindən hava çəkir. 2000-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin apardığı araşdırmada bu silahın böyük zərər verdiyi müəyyən edilib. Vakuum bombası oksigendən istifadə edir” – “Bild” yazır.

Nəşr həmçinin Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanın da sözlərinə yer verib. Qəzet yazır ki, Markarova ABŞ Konqresinə Rusiyanın bu silahdan istifadə etdiyini deyib: “Putin bu silahı daha əvvəl Suriyada, 2-ci Çeçen müharibəsində və İraqda istifadə edib”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =