İslami Cihadın Baş katibi: Hizbullah və Fələstin müqaviməti son qələbəyə qədər birlikdədir

İslami Cihadın Baş katibi: Hizbullah və Fələstin müqaviməti son qələbəyə qədər birlikdədir

İslami Cihadın Baş katibi Hizbullahın sabiq Baş katibinin dərin bəsirətini vurğulayaraq, Hizbullahın həmişə Fələstin müqavimətinin tərəfində olduğunu və bu dəstəyin Fələstinin azad edilməsinə qədər davam edəcəyini bildirib.

Fələstin İslami Cihadının Baş katibi “Ziyad Ən-Nəxaləh (Əbu Tariq) Beyrutda “Seyyid Abbas Musəvinin” şəhadətinin ildönümü ilə bağlı keçirilən konfransdakı çıxışında deyib: “Seyid Abbas Musəvinin şəhadətindən otuz il keçsə də, müqavimət heç vaxt indiki qədər güclü və qüddrətli olmayıb. Biz qüdrət və qətiyyətlə öz məqsədlərinə doğru irəliləyirik və ümmətin həqiqi seçimi düşmənlə mübarizədir.”

Əl-Mənarın məlumatına görə, o, Hizbullahın hər zaman Fələstin müqavimətinin tərəfində olduğunu və bu dəstəyin Fələstinin azad edilməsinə qədər davam edəcəyini bildirib.

Şəhid Seyid Abbas sionist düşmənin mahiyyəti və onun bölgədəki tamahkarlığı, eləcə də regiondakı ABŞ-yönlü rejimlər və onların ərəb və İslam dünyasına hakim olmaq üçün həyata keçirdikləri layihələr haqqında dərin məlumata malik idi.

O, sionist layihəsi və onun təhlükələri haqqında bir gün belə xəbərdarlıq etməkdən əl çəkməzdi və İsrailin məğlub və məhv olacağına dərin inamı ilə hamını təəccübləndirərdi.

Livan Hizbullahının Baş katibi Seyid Həsən Nəsrullah da bugünkü iclasda çıxış edib. O, Seyid Abbasın Fələstin məsələsinə və sionist düşmənlə qarşıdurmanın zəruriliyinə inandığını, məntəqə sakinləri və fələstinli qrupların rəhbərləri ilə yaxşı və möhkəm əlaqələrə malik olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 6 =