İki yeniyetmə də daxil olmaqla dörd bəhreynlinin həbsi

İki yeniyetmə də daxil olmaqla dörd bəhreynlinin  həbsi

Bəhreyn Ali Cinayət Məhkəməsi yaşı 18-dən az olan iki yeniyetməni həbs cəzasına məhkum edib.

Bəhreyndə məhkəmə ölkədəki siyasi böhranla bağlı iş üzrə 4 müttəhimin məhkəməsini keçirib.

Bazar ertəsi məhkəmə 15 yaşlı Həsən Mübarəki 3 il, digər 17 yaşlı Yusif Yaseri isə 6 ay həbs cəzasına məhkum edib.

Məhkəmə həmçinin digər iki müttəhim Casim Məhəmmədi də təqsirli bilərək 10 il və Salman Əli Salmanı 15 il həbs cəzasına məhkum edib.

Dörd nəfər Bəhreyndə azadlıq və demokratiya uğrunda dinc yürüşlərin şahidi olan Samahic bölgəsinin sakinləridir.

Keçən il Yuvenal Ədliyyə İslahatı qanununun qüvvəyə minməsinə baxmayaraq, onun əhatə dairəsi hələ də məhkəmə sistemi ilə məhdudlaşır və beynəlxalq insan haqları təşkilatlarının fikrincə, həbsdə olan uşaqlar ondan kifayət qədər faydalana bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =