Beyti-Ləhmdə şəhidlərin sayı 3 nəfərə çatıb-Foto/Video

Beyti-Ləhmdə şəhidlərin sayı 3 nəfərə çatıb-Foto/Video

Qırx səkkiz saatdan az bir müddətdə İsrail qüvvələri Beyti-Ləhmdə üç gənc fələstinlini güllələyiblər.

Əl-Aləm-in verdiyi məlumata görə, son 48 saat ərzində işğalçı qüvvələrin Beyti-Ləhm şəhəri və Cənin qaçqın düşərgəsinə hücumları zamanı 3 gənc fələstinli şəhid olub.

İşğalçı rejim qüvvələri dəfn mərasimindən sonra müqavimət əməliyyatlarında iştirak etdikləri ittihamı ilə ən azı 40 fələstinlini saxlayıb.

İşğalçı qüvvələr son aylarda fələstinlilərə qarşı repressiyalarını genişləndirib. Son iki ayda İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə 1000-dən çox fələstinli gənc saxlanılıb.

İndiki mərhələdə belə görünür ki, işğalçı rejim beynəlxalq ictimaiyyəti başqa işlərlə məşğul olması, həm də ərəb dünyasının sükutundan faydalanmaqla Fələstin torpağına qarşı mənfur planlarını həyata keçirməyə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − twelve =