Paşinyan BƏYAN ETDİ: Azərbaycanla sülh sazişi imzalanacaq
Publika.az “Report”a istinadla xəbər verir ki, o, bu barədə “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə deyib.
“Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, – Baş nazir vurğulayıb.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsində hərbi əməliyyatların dayandırılması ilə bağlı 2020-ci ilin 10 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalanıb.
Publika.az