Hansı məhsul dağınıq sklerozu şiddətləndirir?

Hansı məhsul dağınıq sklerozu şiddətləndirir?

Almaniyanın Bonn və Erlangen-Nürnberq universitetlərinin alimləri belə qənaətə gəliblər ki, inək südü dağınıq sklerozun gedişatını ağırlaşdıra bilər.

Tədqiqatlar inək südündə olan kazein zülalının sinir hüceyrələrinin xarici təbəqəsində pozğunluqlara səbəb ola biləcəyini müəyyən edib. Bu effekti yoxlamaq üçün siçanlara yüksək dozada kazein verilib ki, bu da heyvanlarda nevroloji pozğunluqlara səbəb olub.

Qeyd olunub ki, bu təsir yalnız dağınıq sklerozlu və kazeinə allergiyası olan xəstələrdə özünü göstərir. Sağlam insanlarda isə süd ancaq allergiyanın olması halında xəstəliyin inkişaf riskini artıra bilər.

Mənbə: gazeta.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =