Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, qar yağacaq

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, qar yağacaq

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 4-ü gün ərzində arabir yağış yağacağı gözlənilir.

Martın 4-də cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 5-də yenidən güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Martın 3-dən 4-nə keçən gecə şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimşək çaxacağı, yağıntılı olacağı, 4-də bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, 5-də yağıntının tədricən kəsiləcəyi gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.

Əsasən Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı gözlənilir.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − five =