Səudiyyə qırıcıları Yəməndə yaşayış məntəqələrinə 25 raket zərbəsi endirib

Səudiyyə qırıcıları Yəməndə yaşayış məntəqələrinə 25 raket zərbəsi endirib

Səudiyyə-Amerika qırıcıları Yəmənin dörd müxtəlif vilayətində yaşayış məntəqələrinə 25 raket zərbəsi endirib.

Məlumata görə Səudiyyə təcavüzkar koalisiyasının qırıcıları son bir neçə saat ərzində Yəmənin əyalətlərinə bir neçə raket zərbəsi endirib.

Koalisiya qırıcıları Hiccə əyalətinə 9 raket ataraq, Hərz və Hiran şəhərlərindəki əraziləri hədəfə alıblar.

Həmçinin, Mərib vilayətində iki şəhər – Əl-Cuba və Əl-Vadi 4 raketlə hədəfə alınıb.

Əl-Hədidə əyalətindən Səudiyyə-ABŞ Hərbi Hava Qüvvələrinin Əl-Təhitədəki Əl-Hima məntəqəsinə daha dörd raket atdığı məlumat verilib.

Nəcranda Səudiyyə təcavüzkar koalisiyası Əl-Acair və Əl-Bəqaya daha 8 raket zərbəsi endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − fifteen =