Liviyanın Baş naziri istefa verib

Liviyanın Baş naziri istefa verib

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe istefa verib.

“Report” xəbər verir ki, bu barədə hökumətin yaydığı bəyanatda deyilir.

“Ölkənin keçdiyi bu çətin şəraitdə, ixtilaf, daxili və xarici qüvvələrin sui-qəsdləri, tüğyan edən silahlı qruplaşmalar şəraitində Əbdülhəmid Dibeybe istefa vermək qərarına gəlib. Qərar ölkədəki vəziyyətin hərtərəfli öyrənilməsindən sonra liviyalıların mənafeyinə və ölkənin ali milli maraqlarına uyğun olaraq, o cümlədən ştatda və xüsusilə paytaxtda qan tökülməsinin qarşısını almaq məqsədilə qəbul edilib”, – məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 10-da Liviyanın Baş nazirinin avtomobili Tripolidə atəşə tutulub. Dibeybenin avtomobilinin atəşə tutulması parlamentdə Baş nazirin yenidən seçilməsi ilə bağlı iclas ərəfəsində baş verib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =