General Hacızadə: SEPAH-ın raket atış qüdrəti 7 dəfədən çox artıb
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandanı deyib: “Bizim raket atəşinin və eyni vaxtda atışlarımızın gücü 6-7 dəfədən çox artıb, atış üçün hazırlıq zamanı və hazırolma fasiləsi xeyli azalıb.”
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandanı Briqada Generalı Əmir Əli Hacızadə Şəban ayı ərəfəsində və İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanının iştirakı ilə keçirilən iki yeni raket və pilotsuz təyyarə bazasının açılış mərasimində deyib:
Biz Ali Rəhbərin SEPAH və Silahlı Qüvvələr qarşısında ilahi bir vəzifə olaraq verdiyi “Siz güclü olmalısınız” bəyanatını SEPAH Hərbi Hava SEPAH-ın səyləri və təsirli qüvvələrin dəstəyi ilə ciddi şəkildə izlədik. Allaha şükürlər olsun ki, biz buna nail ola bildik.
O əlavə edib: “Hazırda biz bu bazada 60 PUA-nı uçura bilirik və bu dronların uçuş məsafəsi yüksək və naməhdud olduğu üçün bizim hədəf limitimiz yoxdur və istənilən düşmən hədəfi vura bilərik.”
General Hacızadə düşmənin SEPAH-ın pilotsuz uçuş aparatları ilə bağlı danışıqlarını İranın qüdrət fərqliliyinin artırılması əlaməti kimi qiymətləndirib:
“Düşmən bir gün bizim nüvəmizdən, bir gün də raketlərimizdən danışır və bu, onların siyasi hakimiyyətinin parçalanması deməkdir.”