Hizbullah Pişavərdəki terror aktını pisləyib

Hizbullah Pişavərdəki terror aktını pisləyib

Livan Hizbullahı bəyanat yayaraq, Pişavərdə məsciddə törədilən terror aktını pisləyib.

Hizbullah hərəkatı təkfirçi terrorçuların Pişavərdəki məsciddə onlarla ibadət edənin şəhid olması və yaralanması ilə nəticələnən yeni cinayətini pisləyib.

Əl-Əhd-in məlumatına görə, Hizbullah bütün dini qruplar və dini qurumları təkfirçi azğın düşüncəni rədd etmək və onlarla mübarizədə öz rolunu ifadə etməyə çağırıb.

Hərəkat daha sonra Pakistan rəsmilərini hadisənin arxasında duran terrorçuları təqib etməyə və bu cür cinayətlərin qarşısını almaq üçün günahkarları ciddi şəkildə cəzalandırmağa səsləyib.

Hizbullah sonda şəhid ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını diləyib.

Pakistan rəsmiləri dünən bildiriblər ki, Pişavər məscidində şiələrin cümə namazı zamanı intiharçı-terrorçu özünü partladıb, azı 30 nəfər ölüb, 80 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − nine =