Suriyada hücum zamanı 13 hərbçi həlak olub, daha 18 nəfər yaralanıb

Suriyada hücum zamanı 13 hərbçi həlak olub, daha 18 nəfər yaralanıb

Suriyada hərbçiləri daşıyan avtobusa hücum edilib.

“Report”un xarici mətbuata istinadən məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edilir ki, hücum dünən yerli vaxtla saat 13:30-da Palmira yaxınlığındakı səhra bölgəsində həyata keçirilib. Hadisə zamanı aralarında zabitlərin də olduğu 13 hərbçi həlak olub, daha 18 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 6 =